Yer üzündəki nemətlər

Oksigen, su, yeməklər, günəş şüası, gündüz və gecə.. Bunlar bədəninizin ehtiyaclarıdır, bunlarla yanaşı ruhunuzun zövq alacağı gözəlliklərə də ehtiyacsınız. Gözəl mənzərə, gözəl insan üzü, estetik məkanlar və sair və il axır.

Dünya bu cür nemətlərlə doludur, lakin bəzi insanlar bunlardan xəbərsizdir. Yaşdıqları sıxıntılar içində gözəllikləri görə bilməyəcək hala gəliblər. Bu mənfi ruh halının səbəbi, həmin bu insanların Allahdan uzaq yaşamaları, imansız olmalarıdır. Din əxlaqı yaşanmadıqda, mütləq sıxıntılı həyat yaşanılar.
Allahın razı qalacağı gözlənilən rəftar isə, bütün dünya nemətlərinin Rəbbimizin lütfü olaraq bizə çatdığını qavramaq və Ona qarşı həmişə şüküredici əxlaq sərgiləməkdir. Bu gözəl əxlaqı yaşayan insan Rəbbimizdən gələn gözəllikləri və nemətləri hər an hiss edəcək və nemətlərdən lazımınca zövq alacaq.

...Xurma ağacının tumurcuqlarından, yerə sallanmış salxımlar, (bir-birinə bənzəyən və bənzəməyən) üzüm bağları, zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirəcək insanlar üçün dəlillər var. (Ənam surəsi, 99)

Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün qat-qat artırar. Allah (lütfü) bol Olandır, Biləndir. (Bəqərə surəsi, 261)

...Həqiqətən onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə bizə verilən ruzidir!” deyəcəklər. Halbuki onlara onun oxşarı veriləcəkdir... (Bəqərə surəsi, 25)

Yer üzündə bir-birinə yaxın müxtəlif qitələr, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin verdikləri məhsula görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda ağlını işlədən insanlar üçün dəlillər vardır. (Rad surəsi, 4)

Yaxşı şəhərin bitkisi Rəbbinin icazəsi ilə bitər, pis şəhərdə isə, yalnız qurumağa üz tutmuş bitki bitər. Biz ayələri şükür edən bir qövmə beləcə müxtəlif formalarda izah edirik. (Əraf surəsi, 58)

Biz (daha çox) Sina dağında bitən bir ağac yaratdıq ki, o yağlı olub, insanların yeməsi üçün məhsul verir. (Muminun surəsi, 20)

Allah onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda düşünə bilən insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 11)

Əncirə və zeytuna and olsun, (Tin surəsi, 1)

Bitki və ağac (Ona) səcdə edirlər. (Rəhman surəsi, 6)

Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər yalnız Allaha ibadət edirsinizsə, (yenə yalnız) Ona şükür edin! (Bəqərə surəsi, 172)

Həqiqətən, biz suyu bol-bol axıtdıq. Sonra da yeri çat-çat yarıb orada taxıl, üzüm, yonca, zeytun və xurma ağacları yetişdirdik. (Əbəsə surəsi, 25-29)

Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü?... (Loğman Surəsi, 20)

İkisində də (cürbəcür) meyvələr, bənzərsiz xurma ağacları və bənzərsiz nar vardır. (Rəhman surəsi, 68)

Biz orada xurma və üzüm bağları yaratdıq... (Yasin surəsi, 34)

Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik. (Qaf surəsi, 9)

Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk. (Hicr surəsi, 21)

Sonra həmin su ilə xurma ağaclarını və üzüm bağlarını sizin üçün yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır. (Muminun surəsi, 19)

...Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü haqqını verin; israf etməyin. Çünki O, israf edənləri sevməz.
(Ənam surəsi, 141)

De: "Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Lakin insanların çoxu bilmir". (Səba surəsi, 36)

Geri