Texnologiyadakı işarələr

Yaşadığımız müasir binalar, istifadə etdiyimiz lüks avtomobillər, kompüterlər, televizorlar və bunlara bənzər bütün texnologiya məhsulları Allahın istəyi ilə yaradılmış nemətlərdir.

Texnologiya, bəşəriyyətin, yer üzündəki elementlərə müəyyən məqsəd üçün forma verməsidir. Ətrafımızdakı texnologiya məhsullarına nəzər salsaq, hamısının, dəmir, mis, sink, alüminium kimi metallardan və ya neftin əlavə məhsulu olan plastmasdan meydana gəldiklərini görərik. Əgər bu maddələr, xüsusilə də metallar dünyada olmasaydı və bəşəriyyətin bu maddələrdən istifadə etmə imkanı olmasaydı, texnologiyadan danışmaq da qeyri-mümkün olacaqdı.
Gündəlik həyatda varlığına alışdığımız və həyatımızı asanlaşdıran bütün texnologiya məhsulları Allahın istəyi ilə meydana gəlmişdir. Texnologiya da insanın üzərində düşünməli və Allaha şükür etməli olduğu nemətlərdəndir.

O, bütün cütləri və sizin üçün mindiyiniz gəmiləri və heyvanları yaratdı. (Zuxruf surəsi, 12)

Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü?... (Loğman surəsi, 31)

         ...Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür. (Nəhl surəsi, 14)

Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək. Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qupquru bir torpağa döndərərik. (Kəhf surəsi, 7-8)

Andolsun Biz Adəm oğullarını ucaltdıq, onları quruda və dənizdə (müxtəlif miniklər üstündə) daşıdıq... (İsra surəsi, 70)

Məgər Allahın quruda olanları və dənizdə onun əmri ilə axıb gedən gəmiləri, sizin faydanıza vermədiyini görmürsənmi?.
(Həcc surəsi, 65)

Geri