Quranda bildirilən mübarək məkanlar

Tarix boyu peyğəmbərlərin yaşadıqları bəzi mübarək məkanlar (Tur dağı, Tuva vadisi kimi), Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in həyatının keçdiyi və insanlara haqq dini izah etdiyi şəhərlər Quranda diqqət çəkilən məkanlardandır.

Mübarək məkanlar, əvvəlcə peyğəmbərlərin və onlarla birlikdə iman edənlərin, kafirlərə qarşı aparmış olduqları çətin mübarizəni xatırladar. Eləcə də, bu mübarək insanların Allah yolunda göstərmiş olduqları böyük səbir və qətiyyətliliyi də həmçinin. Mübarək məkanlar bu xüsusiyyətləriylə iman edənlərin həyəcan və şövqlərinin artmasına vəsilə olur.
Bundan ötrü də, iman edənlər bəhs edilən torpaqlara və məkanlara mənəvi bağlılıq duyar, peyğəmbərlərin qiymətli xatirələrini daşıyan bu torpaqları tanımaq istəyərlər. Sonrakı səhifələrdə bəzi mübarək məkanlara yer veriləcək.

Allah Beytülhəram olan Kəbəni, haram ayı, qurbanı və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə kimi müəyyən etdi. Bu ona görədir ki, siz göylərdə və yerdə olanların Allaha bəlli olmasını və Allahın hər şeyi Bilən olduğunu anlayasınız. (Maidə surəsi, 97)

Həcc, Allahın Quranda bütün müsəlmanlara əmr etdiyi bir fərzdir. Müsəlmanlar üçün olduqca mühüm bir ibadət olan həcc, Kəbənin təvaf edilməsi ilə həyata keçirilir.

Bu gün Kəbə, Məscidül-Həram kimi tanınan ərazinin atriumunun ortasında yerləşir. Hz. İbrahim və oğlu hz. İsmail tərəfindən, Allahın əmri əsasında inşa edilmişdir. "Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib..." (Həcc surəsi, 26) ayəsində də bildirildiyi kimi, hz. İbrahim Kəbəni, Allahın özünə bildirdiyi xüsusi bir yerdə və Onun əmr etdiyi şəkildə inşa etmişdir.

Kəbə, insanlar üçün toplanma və birlikdə Allah üçün ibadət etmə yeridir. Allah, Kəbənin iman edənlərin ibadət edəcəkləri, təmiz və etibarlı bir məkan olmasını əmr etmişdir.

Kəbənin diqqət və həssaslıqla qorunması müsəlmanların mühüm məsuliyyətidir. Hz. İbrahimə, Kəbənin iman edənlər üçün təmiz və hazır vəziyyətdə tutulmasını əmr edən Rəbbimiz, Quranda da Kəbəni qorumağın təkcə iman edənlərin yerinə yetirə biləcəyi bir məsuliyyət olduğunu bildirmişdir.

Kəbənin əsil sahibinin və mühafizəçilərinin iman edənlər olduğunu Allah bir ayəsində: "Onun (əsil) mühafizəçiləri yalnız qorxub-çəkinənlərdir. Lakin onların çoxu bilmir" (Ənfal surəsi, 34) deyə bildirmişdir.

Kəbəni İslam aləmində əhəmiyyətli edən digər bir xüsusiyyəti də, müsəlmanların qibləsi olmasıdır. Bütün müsəlmanlar, gündə beş vaxt namazlarını qılarkən Kəbəyə doğru üz tutaraq ibadətlərini yerinə yetirirlər.

Həqiqətən, insanlardan ötrü qurulan ilk ev Bəkkədədir (Məkkə). Belə ki, o, onlar üçün müqəddəs və hidayət olan Kəbədir. (Ali İmran surəsi, 96)

O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!  (Bəqərə surəsi, 127)

Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” demişdik. (Həcc surəsi, 26)

İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun düşmüş dəvələr üstündə gəlsinlər. (Həcc surəsi, 27)

...İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın (və digər işlərin) üçün daha layiqdir. Orada təmizlənməyi qəlbən sevən kişilər vardır. Allah da təmizlənənləri sevir. (Tövbə surəsi, 108

Geri