Fəlakətlərdəki ibrətlər

Zəlzələlər, vulkan partlayışları, sellər, burulğanlar, fırtınalar, yanğınlar... Bunların hər biri bir-birindən müxtəlif gücə və təsirlərə sahib fəlakətlərdir. Ortaq cəhətləri isə, qısa müddət ərzində bir şəhəri, orada yaşayan bir çox insanı və canlını yox edə bilmələri və böyük zərərlərə yol açmalarıdır. Çox vaxt bu zərərlərin qarşısını almaq olmur.

Fəlakətlərin hamısı çox yaxşı tanınan, lakin çox insanın qarşılaşmadıqları müddətcə ağıllarına gətirmək istəmədikləri həqiqətlərdir. Dünyadakı həyat elə uyğun tarazlıqlar üzərində qaydaya salınmışdır ki, fəlakətlərlə çox sıx qarşılaşılmaz. İnsanlar da daxil olmaqla, bütün canlılar üçün sanki xüsusi bir mühafizə sistemi mövcuddur. Lakin Allah, hərdənbir insanlara, yaşadıqları məkanın nə qədər etibarsız ola biləcəyini də göstərir. Burada bir neçə nümunəsinə yer veriləcək bu fəlakətlərdəki işarələr, insanın Allah qarşısındakı acizliyini anlaması və öyüd-nəsihət alması üçün dərin düşünmə səbəbidir.

O sarsıntının sarsacağı gün, (Naziat Surəsi, 6)

Yer, şiddətli titrədiyi zaman. (Vaqiə Surəsi, 4)

Nəhayət o əzabı vadilərinə doğru gələn bir bulud şəklində gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!” dedilər. Hud dedi: “Xeyr! Bu sizin tez gəlməsini istədiyiniz, özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir! (Əhqaf surəsi, 25)

O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcəkdir!” Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar adamları belə cəzalandırırıq. (Əhqaf surəsi, 25)

Biz uzun sürən uğursuz bir gündə onların üstünə qulaqları partladan qasırğa göndərdik. O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı. (Qamər surəsi, 19-20)

Bunlar, sənə doğru xəbər (hekayə) olaraq söylədiyimiz (keçmiş) nəsillərin xəbərləridir. Onlardan izi qalanı da vardır, yerlə-yeksan olanı da. (Hud surəsi, 100)

Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə Allahdan başqa ibadət etdikləri ilahları onları heç nədən qurtara bilmədi. Təkcə onların tələfatını artırdı. (Hud surəsi, 101)

Qorxu və ümid olaraq sizə şimşək göstərən və yağış dolu ağır buludları var edən Odur. Göy gurultusu həmd edərək Onu təqdis edir. Mələklər də Onun qorxusundan təqdis edirlər. Allah ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, çox güclüdür və şiddətli cəza verəndir. (Rad surəsi, 12-13)

Sizə dənizdə bir sıxıntı (təhlükə) üz verdiyi zaman Ondan başqa tapındıqlarınız sizdən uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan çox nankordur! (İsra surəsi 67)

Allahın sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. (İsra surəsi, 68)

Lakin onlar şəkkə qapılıb əylənirlər. Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır. (Duxan surəsi, 9-11)

Dənizlər alovlandırılacağı zaman. (Təkvir surəsi, 6)

And olsun alovlanan dənizə! (Tur surəsi, 6)

Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. O Od ki, qalxıb ürəklərə çatacaq. Həqiqətən, o Od onların üzərində qapanacaqdır. (Huməzə surəsi, 4-8)

O gün göy əridilmiş metal kimi olacaqdır. Dağlar da didilmiş yuna bənzəyəcəklər. Dost dostunun halını xəbər almayacaq. (Məaric surəsi, 8-10)

Həmin gün göy buludla parçalanacaq və mələklər yerə endiriləcəkdir.  Həmin gün gerçək mülk yalnız Mərhəmətli Allaha məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaq. (Furqan surəsi, 25-26)

Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Heç onlardan kiminsə mövcudluğunu hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi? (Məryəm surəsi, 98)

"Bağlar və bulaqlar içində, əkinlər və yumşaq meyvəli göz oxşayan xurmalıqlar içində arxayınlıqla qalacaqsınız? Dağlardan məharətlə zövqlü evlər yonub düzəldəcəksiniz?... (Şuəra surəsi, 147-149)

Həqiqətən, Firon yer üzündə (Misirdə) təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü... (Qəsas surəsi, 4)

Firon qövmü arasında bağırıb dedi: “Ey xalqım! Məgər Misirin mülkü və altımdan axan bu çaylar mənim deyilmi? Yenə də görməyəcəksiniz? (Zuxruf surəsi, 51)

Onlardan əvvəl öz məskənlərində gəzib dolaşan neçə-neçə nəsilləri məhv etməyimiz, onları doğru yönəltmədimi? Həqiqətən, bunda sağlam düşüncə sahibləri üçün dəlillər vardır. (Taha surəsi, 128)

Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi?.. (Səcdə surəsi, 26)

Kafirləri isə Cəhənnəm odu gözləyir. Orada nə öldürülərlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir nankoru belə cəzalandırırıq. (Fatir surəsi, 36)

İçində yanacaqları Cəhənnəm. Ora nə pis yataqdır! Bu, qaynar su və irindir. Qoy onu dadsınlar! Onlar üçün əzabın buna bənzər başqa növləri də vardır. (Sad surəsi, 56-58)

...Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır. (Təhrim surəsi, 6)

... Nəhayət, ora çatdıqda onun qapıları açıldı və onun gözətçiləri onlara: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” dedilər. Onlar: “Bəli” dedilər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi. (Zumər surəsi, 71)

Geri