Canlılardakı işarələr

Canlılar Allahın yaratma sənətinin bənzərsiz nümunələri ilə doludur. Quşlardan sürünənlərə, balinalardan böcəklərə qədər böyük-kiçik bir çox canlı, insanları heyrətləndirən üstün xüsusiyyətlərə sahibdirlər. Bu xüsusiyyətlər qarşısında (hörümçəyin poladdan daha möhkəm tor hazırlaması, arıların pətək hörüb bal hazırlamaları, quşların istiqamət tapma bacarıqları kimi) özünü ağıllı, bilikli, şüurlu hesab edən insan belə aciz qalar, hətta bunların bənzərini təqlid etməyə belə çox vaxt güc yetirə bilməz.

Bu həqiqətlərə baxmayaraq, bəzi insanlar canlılardakı yaradılış möcüzələrini inkar etməyə çalışarlar. Özlərini və yaşadıqları kainatı yaradan Allahın açıq-aydın görülən varlığını qəbul etməmək üçün, məntiqsiz ifadələr işlədərlər. Lakin bu səyləri əbəsdir. Rəbbimiz Quranda belə buyurmuşdur:

...Axır ki, haqq yerini tapdı və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı. (Tövbə surəsi, 48)

Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı... (Nəhl surəsi, 8)

Heyvanlardan üstündə yük daşınan və (yunlarından, tüklərindən) döşək hazırlananları da yaradan Odur... (Ənam surəsi, 142)

İri vücudlu dəvələri də sizin üçün Allahın işarələrindən etdik... (Həcc surəsi, 36)

Məgər onlar dəvənin necə yaradıldığına baxmırlar? (Ğaşiyə surəsi, 17)

Sizə istədiyiniz hər şeyi verdi. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqət budur ki, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)

Həqiqətən, heyvanlarda da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda başqa faydalar da var. Üstəlik onlardan yeyirsiniz də. (Muminun surəsi, 21)

Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət var. Biz sizə, onların qarınlarındakı yarımçıq həzm olunmuş qidalarla qan arasından çıxan, içənlərin boğazından rahat keçən dumduru süd içirdirik. (Nəhl surəsi, 66)

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, müvəqqəti qaldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır... (Nəhl surəsi, 68-69)

İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər içləri titrəyib qorxar... (Fatr surəsi, 28)

Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allahı təqdis etdiklərini görmürsənmi? Hər biri öz duasını və təqdisini bilir... (Nur surəsi, 41)

Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm ağacların, həm də mal-qaranızı otardığınız otların bitməsi üçündür. (Nəhl surəsi, 10)

Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin yedikləri nemətlər yetişdirdiyimizi görmürlər? ... (Səcdə surəsi, 27)

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt bunları bir yerə toplamağa qadirdir. (Şura surəsi, 29)

                Göylərdə və yerdə nə varsa, Onundur. İtaət-qulluq da daim Ona məxsusdur. Belə olduğu halda, Allahı qoyub başqasındanmı qorxursunuz? (Nəhl surəsi, 52)

                O, dənizi sizin xidmətinizə verdi. Belə ki, ondan yemək üçün təzə ət və geyiminizdə işlətmək üçün bəzək şeyləri əldə edirsiniz.... (Nəhl surəsi, 14)

Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. ... (Maidə surəsi, 96)

Ey  iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın.. (Maidə surəsi, 87)

Məgər onlar, özlərindən ötrü nə qədər heyvanı Öz əllərimizlə yaratdığımızı görmürlər? Biz bunları onların əmrinə tabe etdik. Belə ki, bəzilərindən minik kimi yararlanır və bəzilərinin də ətini yeyirlər. Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək şeylər də var. Yenə də şükür etməyəcəklər? (Yasin surəsi, 71-73)

Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi də, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!  (Ənkəbut surəsi, 41)

Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır... (Bəqərə surəsi, 26)

Boyları bir-biriylə yarışan sıx ağaclı bağlar, meyvələr və otlar da bitiririk. Bu nemətlər sizin istifadəniz və heyvanlarınızın faydalanması üçündür. (Əbəsə surəsi, 30-32)

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün dəlillər vardır. (Casiyə surəsi, 3-4)

Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi.... (Nəhl surəsi, 72)

Bildiyiniz nemətlərlə sizə kömək edəndən qorxun. O sizə heyvanat və oğul-uşaq verərək yardım etdi. Üstəlik, bağlar və çeşmələr də. (Şuəra surəsi, 132-134)

Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz! (Əraf surəsi, 10)

Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz (varlıqlar və canlılar) üçün dolanışıq vasitələri yaratdıq. (Hicr surəsi, 20)

Hər şeyin sahibi və hökmranı olan Olan Allah necə də Ucadır. Siz Onun hüzuruna qaytarılacaqsınız. (Yasin surəsi, 83)

Şübhəsiz ki, Allah göylərin və yerin qeybini Biləndir. Həqiqət budur ki, O, kökslərdə (gizli) olanı bilir. (Fatir surəsi, 38)

İndi əkdiyinizi (toxumu) gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk? Əgər istəsəydik, onu saman çöpünə döndərərdik... (Vaqiə surəsi, 63-65)

Məgər Allahın göydən yağış yağdırdığını və onunla yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır. (Həcc surəsi, 63)

Bilin ki, Allah ölümündən sonra yer üzünə həyat verir. Biz ayələri sizə izah etdik ki, bəlkə ağlınızı işlədəsiniz. (Hədid surəsi, 17)

Məgər Allahın göydən yağmur endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da Allah onları çör-çöpə döndərir. Həqiqətən, bunda təmiz ağıl sahibləri üçün ibrət vardır. (Zumər surəsi, 21)

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

Geri